Qəzzada müharibə zamanı öldürülən 11 minə yaxın insanlardan 73%-dən çoxu qadın və uşaqdır.

Leqal.info xəbər verir ki, bu barədə prezident Rəcəb Tayyib Ərdoğan İqtisadi Əməkdaşlıq Təşkilatının 16-cı Zirvə Toplantısında çıxışı zamanı bildirib.

Ərdoğanın sözlərinə əsasən, Qərb, xüsusən də, ABŞ bu qətliam qarşısında susur.

O, eyni zamanda qeyd edib ki, Türkiyə indiyə kimi Qəzzaya 230 tondan çox humanitar yardım yüklü 10 təyyarə bölgəyə göndərib.

Leyla Kamil
Leqal.info