Leqal.info xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İslam Əməkdaşlığı Təşkilatı Zirvəsindən qayıdarkən jurnalistlərin suallarına cavabında bildirib.
O vurğulayıb ki, Qəzza Fələstin torpağıdır və Körfəz ölkələri də İsrailə təzyiqi artırmalıdırlar. Ərdoğan, həmçinin qeyd edib ki, məsələ ilə bağlı ABŞ Prezidenti Co Baydenə zəng etməyəcək: “Dünyanın gələcəyi və insanların həyatı (BMT TŞ-da) veto hüququ olan 5 ölkənin insafına buraxıla bilməz. Bu coğrafiyada Türkiyəsiz təşəbbüs göstərmək, planlar qurmaq mümkünsüzdür. Bizim mövqeyimiz, dəyərlərimiz və prinsiplərimiz bəllidir".
Leqal.info