Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis arasında telefon danışığı olub.

Leqal.info xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

Qeyd olunub ki, danışıq əsnasında narahatlıq doğuran məsələlər, xüsusilə İsrail və Fələstin arasındakı münaqişə, regionda insan haqlarının pozulması ilə bağlı fikir mübadiləsi aparılıb.

Ərdoğan Türkiyənin regional və qlobal miqyasda son dərəcə mənfi nəticələri ola biləcək bu münaqişənin bitməsi üçün hər cür səy göstərdiyini bildirib.

Leyla Kamil
Leqal.info