Ermənistan-Azərbaycan normallaşmasına aid həll olunmamış az məsələ qalıb.

Leqal.info xəbər verir ki, bunu Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə Xüsusi Nümayəndəsi Toivo Klaar “Armenpress”ə müsahibəsində bildirib.

Klaar “3+3” formatında görüşlərə toxunaraq qeyd edib ki, buna problemləri olan region ölkələrinin birlikdə müzakirə formatı kimi baxır.

Onun sözlərinə əsasən, ilkin olaraq belə bir anlayış var idi ki, Ermənistan-Azərbaycan münaqişəsinin həlli, sülh müqaviləsi və iki ölkə arasında normallaşma bu formatda müzakirə mövzusu olmamalıdır.

Aİ nümayəndəsini fikrincə, əsas məsələ sülh prosesində irəliləyişin əldə olunmasıdır və məhz hansı platformada buna müvəffəq olunacağı az əhəmiyyət kəsb edir.

Toivo Klaar, həmçinin qeyd edib ki, normallaşma prosesində ciddi irəliləyiş əldə olunmaması üçün hər hansı real səbəb yoxdur, çünki həllini tapmamış çox az sayda məsələ qalıb və onlar artıq bir neçə dəfə müzakirə olunub.

Bundan başqa, Klaar bildirib ki, buna görə də Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində sürətli irəliləyiş əldə olunmaması üçün heç bir səbəb görünmür.

Leyla Kamil
Leqal.info