Ukrayna Prezidenti Vladimir Zelenski Rusiyanın “Maydan-3” planının təfərrüatlarını açıqlayıb.

Leqal.info xəbər verir ki, Zelenski bununla bağlı “The Sun” nəşrinə müsahibəsində açıqlama verib.

Onun sözlərinə əsasən, Ukraynada hakimiyyəti dəyişmək üçün nəzərdə tutulan “Maydan-3” əməliyyatı bu ilin sonuna planlaşdırılıb.

Ukrayna dövlət başçısı qeyd edib ki, Rusiya Ukraynada genişmiqyaslı işğal əməliyyatlarına başlayandan indiyə kimi onu öldürmək üçün bir neçə dəfə sui-qsəd cəhdləri edib.

Zelenski, həmçinin qeyd edib ki, ruslar onu devirmək üçün əllərində olan hər vasitədən istifadə edəcəklər.

“Bu, müharibədir və Ukraynanın öz torpaqlarını müdafiə etmək hüququ var”, - deyə Vladimir Zelenski “fürsət yaranarsa, Ukrayna Putini öldürmək şansından istifadə edəcək ya yox?” sualını cavablandıraraq deyib.

Leyla Kamil
Leqal.info