Rusiya Ermənistanı müttəfiqi hesab edir.

Leqal.info xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə əsasən, Rusiya Ermənistanla münasibətləri inkişaf etdirməyi planlaşdırır.

“Ermənistan suveren ölkədir, kiminlə lazım bilirsə, onunla münasibətləri inkişaf etdirir. Rusiya Ermənistanı müttəfiq, dost ölkə hesab edir və müttəfiqlik münasibətlərini inkişaf etdirməyi planlaşdırır", - Kremlin sözçüsü Ermənistanın Böyük Britaniya ilə hərbi əməkdaşlığına dair sualı cavablandırarkən bildirib.

Leqal.info