"Kreml hər hansı təxribatçı hərəkəti alqışlamır".

Leqal.info xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmisinin Çinin suverenliyini pozmasını şərh edərkən bildirib.

"Ümumiyyətlə, biz hər hansı təxribat xarakterli hərəkətləri alqışlamırıq, əksinə, qarşılıqlı etimadın və sabitliyin artmasına səbəb olan istənilən addımı alqışlayırıq", - deyə Kreml sözçüsü vurğulayıb.

Qeyd edək ki, Çin Xalq Azadlıq Ordusunun Cənub Bölgəsi Döyüş Komandanlığının rəsmi nümayəndəsi Tian Junli bildirib ki, ABŞ Hərbi Dəniz Qüvvələrinin sahil zonası gəmisi Gabrielle Giffords mübahisəli Nanşa (Spratli) adaları yaxınlığında sularda peyda olaraq Çinin suverenliyini pozub. Pekin rəsmisi Vaşinqtonun öz hərəkətləri ilə regionda sabitliyi və beynəlxalq hüququ və beynəlxalq münasibətlərin əsas normalarını ciddi şəkildə pozduğunu bildirib.

Leqal.info