Fransa Prezidenti Emmanuel Makron Ukrayna məsələsi ilə bağlı Macarıstan Baş naziri Viktor Orbanı Parisə dəvət edib.

Leqal.info xəbər verir ki, bu barədə "Politico" mənbəyə istinadən məlumat yayıb.

Mənbə bildirib ki, Fransa Prezidenti Emmanuel Makron Baş nazir Orbanı kompromis əldə etmək üçün bu həftənin sonunda Parisdə görüşməyə dəvət edib.

Xatırladaq ki, Macarıstan lideri Avropa Komissiyasının noyabrda üzvlük müzakirələrinin başlanmasını təsdiqlədikdən sonra Kiyevlə üzvlük danışıqlarının başlanmasına qəti şəkildə qarşı çıxıb və Ukraynaya planlaşdırılan 50 milyard avroluq yardıma veto qoyacağı ilə hədələyib.

Leqal.info