Leqal.info "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin sədri Alen Simonyan jurnalistlərə açıqlamasında deyib.
“Mən artıq demişəm ki, sülh müqaviləsi 5-10 gün ərzində imzalana bilər. Biz təkliflərimizi göndərmişik, bu, artıq 6-cı mübadilədir... Əgər Azərbaycan heç nəyi dəyişməsə, yeni təkliflər irəli sürməsə, sülh müqaviləsinin imzalanması bir neçə gün ərzində baş verə bilər”, - Simonyan bildirib. "Bəli, biz sülhə doğru irəliləyirik. Bizim münaqişədə olduğumuz və bunun həlli mümkün olmayan məsələ olduğu ilə bağlı iddialar mənim üçün qəbuledilməzdir. Tarix bir çox hadisələrə şahidlik edib: İngiltərə və Fransa 116 il vuruşub, bir-birini öldürüb. Və bu gün İngiltərə və Fransa ən yaxın müttəfiqlərdir”, - Simonyan vurğulayıb.
Onun sözlərinə əsasən, Ermənistan və Azərbaycan eyni regiondadır və bütün problemləri həll etməlidir.
Elvin Mahmudlu
Leqal.info