Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Böyük Britaniya Baş nazirinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Tim Barrou ilə görüşü olub.

Leqal.info xəbər verir ki bu barədə Armen Qriqoryan "Facebook" hesabında paylaşım edib.

Ermənistan Təhlükəsizlik Şurası katibinin Londona işgüzar səfəri çərçivəsində baş tutan görüşdə Ermənistan-Britaniya münasibətlərinin inkişafının dinamikası, Ermənistan-Böyük Britaniya strateji dialoqunun başlanması barədə müzakirə aparılıb.

"Regionumuzda və Ermənistan ətrafında təhlükəsizlik vəziyyəti ilə bağlı fikir mübadiləsi də aparılıb. Mən Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanması və sülhün bərqərar olması üçün Ermənistanın səylərini təqdim etdim", Armen Qriqoryan vurğulayıb.

Elvin Mahmudlu
Leqal.info