Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivanla görüşüb.

Leqal.info xəbər verir ki, bu barədə Armen Qriqoryan "Facebook" hesabında bildirib.

Onun sözlərinə əsasən, görüş dekabrın 4-də Ağ Evdə baş tutub.

Qriqoryan bildirib ki, o, Ceyk Sallivanla təhlükəsizlik və iqtisadi sahədə qarşılıqlı maraq doğuran məsələləri müzakirə edib.

"Biz, eyni zamanda regional təhlükəsizlik vəziyyətini müzakirə etdik, bu çərçivədə mən Ermənistanın Azərbaycanla münasibətlərin normallaşmasına və sülh prosesinin davam etdirilməsinə sadiqliyini bir daha təsdiqlədim", - Ermənistan rəsmisi vurğulayıb.

Elvin Mahmudlu
Leqal.info