Avropa İttifaqının Qonşuluq və Genişlənmə üzrə Komissarı Oliver Varhelyi Azərbaycan və Ermənistan arasında son razılaşmanı alqışlayıb.

Leqal.info xəbər verir ki, bu barədə Aİ komissarı "X" hesabında yazıb.

"Mən Azərbaycan və Ermənistan arasında regionda sülh və sabitliyə töhfə verən razılaşmanı alqışlayıram. Avropa İttifaqı hər iki ölkəyə əlavə dəstək verməyə hazırdır", - Varhelyi paylaşımında bildirib.

Leyla Kamil
Leqal.info