Leqal.info xəbər verir ki, bu barədə Avropa Komissiyasının Genişlənmə və Qonşuluq siyasəti üzrə Komissarı Oliver Varhelyi "X" hesabında bildirib.
"İsrailə və onun xalqına qarşı terror və vəhşiliyin miqyası dönüş nöqtəsidir. İndi işlər hər zamankı kimi ola bilməz. Fələstinlilərin ən böyük donoru kimi Avropa Komissiyası ümumi dəyəri 691 milyon avro olan tam inkişaf portfelini dayandırıb", Varhelyi bildirib.
Onun sözlərinə əsasən, bütün ödəmələr, eyni zamanda bütün layihələr dayandırılıb.
Oliver Varhelyi bildirib ki, bütün yeni büdcə təklifləri, həmçinin 2023-cü il üçün büdcədən yardım təxirə salınıb.
"Sülh, tolerantlıq və birgəyaşayışın əsasları üzərində indi işləmək lazımdır.
Nifrətə sövq etmək, zorakılıq və terroru vəsf etmək çox insanın zehnini zəhərləyib", Avropa İttifaqının Komissarı vurğulayıb.
Leyla Kamil
Leqal.info