Almaniya Avropa İttifaqı ilə birgə Azərbaycan və Ermənistan arasında sülhün əldə edilməsi üçün intensiv işləyir.

Leqal.info xəbər verir ki, bu barədə Almaniyanın xarici işlər naziri Annalena Berbok "X" hesabında paylaşımında bildirib.

“Azərbaycan və Ermənistan arasında elan edilmiş etimad addımları ümid verir. Saxlanılanların qarşılıqlı azadlığa buraxılması vacib addımdır. Hərtərəfli sülh razılaşması imkanının dəyərləndirilməsi üçün biz Avropa İttifaqı ilə birlikdə intensiv çalışırıq”, - Almaniya XİN başçısı qeyd edib.

Leyla Kamil
Leqal.info