Ukrayna Prezidenti Vladimir Zelenski Norveçə gözlənilmədən səfər edib.

Leqal.info xəbər verir ki, bu barədə “Unian“ məlumat yayıb.

Məlumata əsasən, Zelenski hazırda Oslodadır.

Ukrayna prezidentinin Norveçin Baş naziri Yonas Qahr Storla görüşü və bu gün paytaxtda keçiriləcək Nordic sammitində iştirakı planlaşdırılır. Sammit çərçivəsində Zelenski və Stor Danimarka, Finlandiya, İslandiya və İsveç liderləri ilə görüşəcək.

Leyla Kamil
Leqal.info