Leqal.info xəbər verir ki, bu barədə Moldova rəhbəri yerli “PRO-TV” kanalına müsahibəsində bildirib.
Maya Sandu qeyd edib ki, Rusiya həmin planları gələn ilin baharına yaxın həyata keçirməyə başlayacaq. O, 2024-cü ilin noyabrında Moldovada gözlənilən prezident seçkilərindən öncə ölkədə stabilliyi pozmaq cəhdlərində Rusiyanı ittiham edib.
“Rusiya Moldovadakı adamlarından istifadə edəcək, ola bilər ki, taktika dəyişsin”, - Moldova Prezidenti vurğulayıb.
Leyla Kamil
Leqal.info