İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanla Ermənistan arasında tarixi sülh fürsəti daha da güclənib.

Leqal.info xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan Türkiyə Böyük Millət Məclisində (TBMM) çıxışı zamanı bildirib.

Türkiyə XİN rəhbəri vurğulayıb ki, Türkiyə iki ölkə arasında etimadı artıran konkret addımlardan məmnuniyyət duyur, sülh sazişinin ən qısa zamanda imzalanacağına ümid edir.

Leyla Kamil
Leqal.info