Leqal.info xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.
Onun sözlərinə əsasən, Rusiya bu raketlərdən birini dekabrın 30-da, digərini isə yanvarın 2-də buraxıb.
ABŞ hesab edir ki, Rusiya KXDR-in təqdim etdiyi raketlərə arxalanır.
Kirbi, eyni zamanda bildirib ki, Birləşmiş Ştatlar Rusiya Federasiyası ilə Pxenyan arasında iddia edilən silah müqaviləsi məsələsini BMT Təhlükəsizlik Şurasında qaldıracaq və Rusiya Federasiyası, İran və KXDR arasında transferlərin təmin edilməsinə kömək edənlərə qarşı sanksiyalar tətbiq edəcək.
Leqal.info