İsveç NATO üzvlüyünə uyğun olması ilə bağlı bizi inandırmaq üçün heç bir iş görməyib və alyansa qoşulmağın bu ölkə üçün prioritet olmadığı təəssüratını yaradıb.

Leqal.info "Reuters"ə istinadən xəbər verir ki, bunu Macarıstan Baş nazirinin Ofisinin rəhbəri Gergely Gulyas brifinqdə deyib.

"İsveç münasibətlərimizin müttəfiq və dostluğa çevrilməsi üçün etimadı gücləndirmək istiqamətində heç bir addım atmır", Macarıstan rəsmisi bildirib.

O bildirib ki, iki ölkə arasında mövcud münasibətlər hazırda hüquqi cəhətdən müttəfiqlik səviyyəsindədir, "ancaq onu dostluq hesab etmək olmaz". "Ona görə də belə nəticəyə gəlirəm ki, bu gün İsveçin NATO-ya sürətlə daxil olması prioritet deyil".

Gulyas təklif edib ki, İsveçin xarici işlər naziri və ya Baş naziri İsveçin NATO-ya daxil olması ilə bağlı "bu ölkə ilə əlaqə saxlasın və Macarıstan parlamentinin narahatlığını soruşsun".
Macarıstan rəsmisi Macarıs İsveçin NATO-ya üzvlüyünü ratifikasiya edən sonuncu ölkə olmaqdan yayınmaq istədiyini, lakin "yəqin ki, İsveçin köməyi olmadan buna nail ola bilməyəcəyik. Əgər İsveç üçün vacib deyilsə, bu, nə üçün bizə vacib olsun ki", - deyə vurğulayıb.

Leyla Kamil
Leqal.info