Rusiya diplomatları ilə ABŞ-ın sabiq prezidenti Donald Tramp arasında Ukraynadakı vəziyyətin nizamlanması ilə bağlı heç bir təmas olmayıb.

Leqal.info xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə əsasən, Rusiyanın Trampın Ukrayna ətrafında münaqişənin nizamlanması ilə bağlı verdiyi vədləri necə yerinə yetirəcəyi barədə heç bir fikri yoxdur.

"Xeyr, bunun necə həyata keçirilə biləcəyinə dair heç bir təsəvvürümüz yoxdur. Bu məsələ ilə bağlı heç bir təmas olmayıb", - deyə Peskov Kremlin Trampın sülhə necə müvəffəq olmaq niyyətində olduğu və bununla bağlı Trampla rusiyalı diplomatların hər hansı təmaslarının olub-olmaması barədə suala cavab verib.

Qeyd edək ki, Tramp Ukraynadakı münaqişəni prezident seçkilərində qələbə qazandıqdan dərhal sonra həll edəcəyinə söz verib.

Elvin Mahmudlu
Leqal.info