Birbaşa əlaqə yalnız Azərbaycan və Ermənistan liderlərinin administrasiyaları arasında deyil, həm də Xarici İşlər Nazirliyi və digər idarələr vasitəsilə mövcuddur.

Leqal.info “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu Ermənistan XİN rəhbəri Ararat Mirzoyan jurnalistlərə dəyib.

O, Xarici İşlər Nazirliyinin xətti ilə sülh sazişi ilə bağlı təkliflərin mübadiləsinin aparıldığını, yanvarın əvvəlində İrəvanın yeddinci təkliflər paketini Bakıya təqdim etdiyini deyib.

Mirzoyan qeyd edib ki, İrəvan üçün önəm daşıyan məqam vasitəçilərin olması deyil, danışıqların məzmunudur.

Ermənistan XİN rəhbəri 2023-cü ilin yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib ki, Ermənistan Xarici İşlər Nazirliyi Bakıdan sərhəddə görüş təklifi almayıb, lakin belə bir təşəbbüs barədə eşidib.

Leqal.info