Qərb Rusiya Federasiyasının Azərbaycan-Ermənistan münasibətlərinin nizamlanmasında oynadığı rolunun yanlış olduğu qənaətinə gəlib və Bakı ilə İrəvanı Brüsseldə "şirnikləndirməyə" çalışır.

Leqal.info xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Nyu-Yorkda keçirdiyi mətbuat konfransında bildirib.

Rusiyanın baş diplomatı Qarabağdakı sülhməramlılar haqqında da danışıb.

Onun sözlərinə əsasən, sülhməramlılar Rusiya və Azərbaycan arasında ikitərəfli münasibətlər məsələsidir.

“Prezidentlər bu mövzunu müzakirə ediblər, onlar razılaşıblar ki, indiki mərhələdə Rusiya sülhməramlılarının mövcudluğu sabitliyin möhkəmləndirilməsi, regionda etimadın yaradılması və Qarabağ sakinlərinin geri qayıtmasına, kimlər ki, bunu etmək istəyir, kömək etmək üçün müsbət rol oynayır”, - deyə Lavrov vurğulayıb.

Leqal.info