Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Beynəlxalq Ədalət Məhkəməsinin İsrailə qarşı soyqırımı iddiası üzrə qərarını təqdir edib.

Leqal.info xəbər verir ki, bu barədə Türkiyə liderinin “X” sosial şəbəkəsindəki hesabında paylaşım edilib:

“Günahsız fələstinli mülki şəxslərə qarşı törədilən müharibə cinayətlərinin cəzasız qalmaması üçün prosesi izləməyə davam edəcəyik. Ümid edirik ki, məcburi olan bu qərar İsrailin qadınlara, uşaqlara və qocalara qarşı hücumlarına son qoyacaq. Türkiyə olaraq atəşkəsin bərqərar olması və daimi sülhün yolunu təmin etmək üçün bütün gücümüzlə çalışmağa və fələstinli qardaşlarımızın yanında olmağa davam edəcəyik”.

Qeyd edək ki, məhkəmə Qəzza sakinlərinin soyqırımına görə İsrailə qarşı irəli sürülən ittihamların “ağlabatan səviyyədə sübuta yetirildiyi” qərarını verib.

Leyla Kamil
Leqal.info