İsraildə 10 minə yaxın fələstinli əsir var.

Leqal.info xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

O vurğulayıb ki, əgər Almaniya bu əsirlərin azad edilməsi üçün addım atarsa, Türkiyə də HAMAS-ın ələ keçirdiyi israilli əsirlərin buraxılması üçün kömək edəcək.

Ərdoğan, həmçinin qeyd edib ki, Almaniya tərəfi hələ ki, bu təklifə müsbət cavab verməyib: “Almaniya prezidenti bir həftə sonra İsrailə gedəcək. Siz bu addımı atın, biz də qarşılıq verək”.

Leqal.info