Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və Ukrayna Prezidenti Vladimir Zelenski arasında telefon danışığı olub.

Leqal.info Qazaxıstan Prezident Administrasiyasına istinadən xəbər verir ki, telefon danışığı Ukrayna tərəfinin təşəbbüsü ilə baş tutub.

Zelenski Qazaxıstan ictimai təşkilatlarının xətti ilə Ukraynaya humanitar yardım göstərildiyinə görə Tokayevə minnətdarlığını bildirib.

O, eyni zamanda Davosda "sülh formulu" üzrə 80-dən artıq dövlətin nümayəndələrinin son görüşünün yekunları və İsveçrədə növbəti qlobal sammitə hazırlıq barədə ətraflı məlumat verib.

Qazaxıstan və Ukrayna liderləri ikitərəfli humanitar və ticari-iqtisadi əlaqələrin inkişafı məsələlərini də müzakirə ediblər.

Elvin Mahmudlu
Leqal.info