Sudanın xarici işlər naziri İranla diplomatik münasibətlərin bərpasından sonra ilk dəfə İrana səfər edib.

Leqal.info xəbər verir ki, bu barədə İran XİN məlumat yayıb.

Bildirilib ki, İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian və Sudan xarici işlər naziri Əli əs-Sadiq görüşüb, müzakirələr aparıb.

Bu iki ölkə arasında diplomatik münasibətlərin bərpasından sonra Sudan xarici işlər nazirinin Tehrana ilk səfəridir.

Qeyd edək ki, keçən ilin oktyabrında İran və Sudan birgə bəyanat verərək 8 ildən sonra siyasi əlaqələri bərpa edəcəklərini açıqlayıb.

Leqal.info