Türkiyə xarici işlər naziri Hakan Fidan İran xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanla telefon danışığı aparıb.

Leqal.info xəbər verir ki, bu barədə diplomatik mənbələrdən bildirilib.

Qeyd olunub ki, danışıq zamanı H.Fidan İranın Kirman şəhərində törədilən terror aktında həyatını itirənlərlə bağlı İran XİN rəhbərinə başsağlığı verib.

Nazirlər İran Prezidenti İbrahim Rəisinin terror aktı ilə bağlı Türkiyəyə təxirə salınan səfərinin yaxın gələcəkdə baş tutmasını müzakirə edib.

Leyla Kamil
Leqal.info