Leqal.info xəbər verir ki, bu barədə baş direktor Qrossi "X" hesabında yazıb.
AEBA-nın baş direktoru qeyd edib ki, onun rəhbərlik etdiyi təşkilat Ermənistanın nüvə proqramını, eləcə də nüvə təhlükəsizliyinin artırılmasını dəstəkləyir.
"Biz həmçinin nüvə silahının yayılmaması məsələləri və xərçəng müalicəsinin yaxşılaşdırılması üçün "RaysOfHope" proqramı vasitəsilə əməkdaşlığımız haqqında fikir mübadiləsi apardıq", - Rafael Qrossi vurğulayıb.
Görüş Vyanada Nüvə Təhlükəsizliyi üzrə Beynəlxalq Konfrans çərçivəsində baş tutub.
Leyla Kamil
Leqal.info