İsrailin Baş naziri Benyamin Netanyahu Qəzza zolağında yerləşən Rəfah şəhərinin Fələstin HAMAS hərəkatının son qalası olduğunu və İsrail əsgərlərinin bu şəhəri almağa hazırlaşdığını bildirib.

Leqal.info xəbər verir ki, bu barədə İsrailin Baş naziri ABC televiziyasına müsahibəsində bildirib.

“Biz bunu edəcəyik. Biz HAMAS-ın terrorçu batalyonlarını sonuncu qalaları olan Rəfahdan vurub çıxaracağıq və oranı alacağıq.”, - Netanyahu bildirib.

Bundan başqa, o qeyd edib ki, İsrailin HAMAS-la silahlı münaqişədə qələbəsi artıq yaxındır.

Qeyd edək ki, bundan əvvəl Netanyahu bəyan etmişdi ki, beynəlxalq ictimaiyyətin təzyiqi səbəbindən Rəfah şəhərində HAMAS hərəkatının məhv edilməsi əməliyyatı martın 10-dək başa çatdırılmalıdır.

Leqal.info