Ermənistan xarici işlər naziri Ararat Mirzoyan NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavier Kolomina ilə görüşüb.

Leqal.info xəbər verir ki, bu barədə Ermənistan XİN başçısı "X" hesabında yazıb.

Onun sözlərinə əsasən, görüşdə regiondakı son vəziyyət müzakirə olunub. Tərəflər, eyni zamanda Ermənistan-NATO tərəfdaşlığını müzakirə ediblər.

Qeyd edək ki, görüş XİN başçısı Mirzoyanın Brüsselə səfəri çərçivəsində baş tutub.

Elvin Mahmudlu
Leqal.info