"Ukraynaya verilən hərbi dəstək həm də bizim təhlükəsizliyimizə sərmayədir".

Leqal.info xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq alyansın müdafiə nazirlərinin fevralın 15-də keçiriləcək iclasından əvvəl mətbuat konfransında deyib.

"NATO müttəfiqləri Ukraynaya hərbi yardım verməyə davam edir və bu yardım döyüş meydanında həqiqi fərq yaradır. Bizim hərbi dəstəyimizlə qəhrəman ukraynalılar Rusiyanın işğal etdiyi torpaqların yarısını azad edib, Qara dənizdə dəhliz yaradıb və nəticədə Rusiya qüvvələri ağır itkilər verib", - Stoltenberq bildirib.

NATO Baş katibi Avropa İttifaqının Ukraynaya 50 milyard avroluq yardım paketini təsdiqləməsi qərarını alqışladığını vurğulayıb: "Ümid edirəm ki, ABŞ Konqresi də oxşar addımı tezliklə atacaq. Bu ianə deyil, öz təhlükəsizliyimizə qoyulan sərmayədir”.

Leyla Kamil
Leqal.info