Leqal.info xəbər verir ki, bunu NATO Baş katibi Yens Stolteneberq CNN telekanalına müsahibəsində bildirib.
Onun sözlərinə əsasən, ukraynalılar çox ciddi şəkildə müdafiə olunan bir neçə ərazini azad edib.
“Minalanmış ərazilərin olduğu bir vaxtda Ukraynaya dəstək vermək daha vacibdir. Biz hamımız bilirik ki, şiddətli və ağır döyüşlər gedir. Ukraynalılar üçün bu asan deyil, ancaq onlar irəliləyir, müvəffəqiyyətlər qazanırlar”, - deyə Stoltenberq bildirib.
NATO Baş katibi vurğulayıb ki, alyansın müttəfiqləri Ukraynaya hərbi yardım edir, maliyyə dəstəyi verir, lakin ən mürəkkəb və çətin qərarları ukraynalı komandirlər verir.
Ukraynanın əks -hücum sürətinin bəzi müttəfiqləri narahat etdiyi bir vaxtda NATO Baş katibi bildirib ki, ukraynalılar indiyə kimi böyük uğurlar əldə edib.
“Biz onlara etibar etməliyik. Məsləhət veririk, kömək edirik, dəstəkləyirik. Lakin bütün qərarları ukraynalılar verməlidir”, - deyə Stoltenberq vurğulayıb.
Leyla Kamil
Leqal.info