Ukrayna Prezidenti Vladimir Zelenski Berlində səfərdədir.

Leqal.info "Unian"a istinadən xəbər verir ki, o, Münhen Təhlükəsizlik Konfransında iştirak edəcək.

O, eyni zamanda Kansler Olaf Şoltsla və Prezident Frank-Valter Ştaynmayerlə görüşəcək.

Bundan sonra onun Fransaya səfəri və Fransa prezidenti Emmanuel Makronla görüşü nəzərdə tutulub.

Leyla Kamil
Leqal.info