Ukrayna prezidenti Vladimir Zelenski Fransa lideri Emmanuel Makron ilə telefon danışığl zamanı təhlükəsizlik məsələlərini və taxıl dəhlizinin fəaliyyətini müzakirə edib.

Leqal.info xəbər verir ki, Zelenski bu barədə X sosial şəbəkəsindəki səhifəsində bildirib.

"Biz taxıl dəhlizinin fəaliyyətinin təmin edilməsi və Odessa vilayətinin təhlükəsizliyinin yaxşılaşdırılması yollarını müzakirə etdik", - deyə Ukrayna dövlət başçısı yazıb.

Zelenski ənənəvi olaraq Fransaya hərbi yardıma görə təşəkkür edib və Makronla Fransa şirkətlərinin qarşıdan gələn Ukrayna Müdafiə Sənayesi Forumunda iştirak edəcəyi ilə bağlı razılığa gəlib. Bundan başqa, tərəflər “ikitərəfli təhlükəsizlik təminatları üzrə” danışıqlara başlamağa razılaşıblar.

Leyla Kamil
Leqal.info