NATO Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması səylərini dəstəkləyir.

Leqal.info xəbər verir ki, bunu NATO baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina X platformasında yazıb.

Xavyer Kolomina qeyd edib ki, Azərbaycan və Ermənistanın yenidən yüksək səviyyədə görüşdüyünü və uzunmüddətli sülh müqaviləsi üzrə danışıqların davam etdirilməsinin zəruriliyi barədə razılığa gəldiyini görmək çox vacibdir: “NATO Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılmasını qətiyyətlə dəstəkləyir”.

Leqal.info