Leqal.info xəbər verir ki, məlumatı Gürcüstanın hökumət administrasiyası yayıb. Bildirilib ki, hökumət başçısı səfər çərçivəsində Aİ və NATO rəsmiləri ilə görüşlər keçirəcək. Kobaxidzenin Gürcüstan-Aİ Assosiasiya Şurasının 8-ci iclasında iştirak edəcəyi qeyd olunub.
Baş nazirin səfər çərçivəsində Aİ-nin xarici siyasət rəhbəri Cozef Borell və genişlənmə danışıqları üzrə komissar Oliver Vahelyi ilə, eləcə də NATO baş katibi Yens Stoltenberq ilə görüşləri planlaşdırılıb.
Kobaxidzenin NATO-Gürcüstan Komissiyasının iclasında iştirak edəcəyi qeyd olunub.
Leqal.info