Leqal.info xəbər verir ki, bunu Antalya Diplomatiya Forumu çərçivəsində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov azərbaycanlı və türkiyəli jurnalistlərə açıqlamasında bildirib.
Nazir, həmçinin qeyd edib ki, Azərbaycanın tələbi ondan da ibarət idi ki, Qarabağdakı qanunsuz silahlı birləşmələr Azərbaycan ərazisini tərk etməlidir:
“Ermənistanın yanaşması ondan ibarət idi ki, Ermənistan bu vəziyyətə nəzarət edə bilmir. Biz bunu qəbul etmirdik. Burada kifayət qədər, belə demək olarsa, fərqli yanaşmalar, mövqelər mövcud idi. 19-20 sentyabr tarixində 24 saatlıq antiterror tədbirləri nəticəsində bilirsiniz ki, qanunsuz silahlı birləşmələrin Azərbaycan ərazisində mövcudluğuna, uzun illər ərzində fəaliyyət göstərən separatçı rejimin mövcudluğuna son qoyuldu, rejim buraxıldı. Və biz bunun şahidi olduq. Bu baxımdan, danışıqlar masasında bu mövzu yoxdur. Ermənistan tərəfindən də bu məsələ qaldırılmır. Bu mənada ciddi faktorlardan biri olan qanunsuz birləşmələr və rejimin olmaması müəyyən mənada açıq sualların sayını əhəmiyyətli şəkildə azaltmış oldu”, - nazir bildirib.
Leqal.info