Ermənistan Baş naziri Nikol Paşinyanın Misir Prezidenti Əbdülfəttah əs-Sisi ilə görüşü olub.

Leqal.info Ermənistan KİV-ə istinadən xəbər verir ki, Qahirədə keçirilən danışıqlardan sonra Əbdülfəttah əs-Sisi Cənubi Qafqazda hərtərəfli və ədalətli sülhün əldə olunmasına ümid etdiyini, sülh prosesini dəstəklədiyini bildirib

Bundan başqa, tərəflər siyasi əlaqələrin yüksək səviyyəsinə uyğun olaraq ticarət həcmini artırmağa, habelə süni intellekt, qida və əczaçılıq sənayesi sahəsində tədqiqatlar da daxil olmaqla, yeni əməkdaşlıq sahələri açmağa hazır olduqlarını bildirib.

Elvin Mahmudlu
Leqal.info