Macarıstanın Baş naziri Viktor Orban 8 mart tarixində ABŞ-nin keçmiş Prezidenti Donald Trampla görüşəcək.

Leqal.info xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto “RİA Novosti“yə müsahibəsində bildirib.

Macarıstan XİN rəhbəri qeyd edib ki, görüş Floridada baş tutacaq və tərəflər Ukraynada sülhün bərqərar olması məsələsini müzakirə edəcək.

Siyartonun sözlərinə əsasən, rəsmi Budapeşt belə hesab edir ki, Donald Tramp prezident seçiləcəyi halda Ukraynada sülh bərqərar olacaq.

Leyla Kamil
Leqal.info