Kiyevin Almaniyadan “Taurus” raketləri istəməsi Berlini qıcıqlandırır.

Leqal.info xəbər verir ki, bu barədə “Politico” ya müsahibəsində Ukraynanın xarici işlər naziri Dmitro Kuleba bildirib.

“Mən bu suala cavab verməkdən yorulmuşam. Üzr istəyirəm. Siz mənə istinad edə bilərsiniz, etiraz etmirəm. Lakin mən hər dəfə bu suala cavab verəndə Berlindən qıcıqlanmış reaksiya alıram. Bu, onlara qalsın. Onlar özləri özlərini bu vəziyyətdə qoyublar. Qoy özləri çıxış yolu tapsın”, - Ukrayna XİN rəhbəri diqqətə çatdırıb.

Leyla Kamil
Leqal.info