Türkiyə xarici işlər naziri Hakan Fidanla Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olub.

Leqal.info xəbər verir ki, bu barədə Türkiyə XİN-dən diplomatik mənbələr bildirib.

Qeyd olunub ki, danışıq əsnasında regional məsələlər və Qara dənizdə naviqasiya təhlükəsizliyi müzakirə olunub.

Leqal.info