“Ukrayna üçün gərgin məqam yaxınlaşır. Buna görə ABŞ Konqresi növbəti yardım paketini tezliklə təsdiqləməlidir”.

Leqal.info xəbər verir ki, bunu Ukraynanın Prezident Ofisinin rəhbəri Andrey Yermak bildirib.

O deyib ki, hazırda Ukraynanın hava hücumundan müdafiə sistemlərinə çox ciddi ehtiyacı var:

“Bizim vaxtımız yoxdur. Bir daha qeyd edirəm ki, hazırda ölkəmiz kritik çağırışlarla üz-üzə qalıb. ABŞ-nin növbəti yardım paketi bu ay ərzində təsdiqlənməsə, vəziyyət daha da mürəkkəbləşəcək”.

Leqal.info