Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev arasında telefon danışığı olub.

Leqal.info xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

Qeyd olunub ki, danışıq əsnasında qlobal və regional məsələlər, eyni zamanda Türkiyə ilə Özbəkistan arasında ikitərəfli münasibətlər müzakirə edilib.

Prezident Ərdoğan görüşdə iki ölkə arasındakı əlaqələrin nümunəvi olduğunu və qarşıdakı dövrdə əlaqələri daha da dərinləşdirəcək addımlar atmaqda qərarlı olduğunu bildirib.

Leqal.info