Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Ukrayna Prezidenti Vladimir Zelenski arasında telefon danışığı olub.

Leqal.info xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

Qeyd olunub ki, danışıq əsnasında regional və qlobal problemlər, xüsusilə Ukrayna-Rusiya müharibəsi müzakirə edilib.

Prezident Ərdoğan görüş zamanı bildirib ki, Türkiyə həm Ukraynada, həm də Fələstin torpaqlarında axan qanın dayandırılması və daimi sülhün təmin edilməsi üçün çox səy göstərir.

Ərdoğan Türkiyənin Ukraynada sülhün təmin olunması üçün vasitəçi rolunu üzərinə götürməyə və sülh danışıqlarına ev sahibliyi etməyə hazır olduğunu da vurğulayıb.

Türkiyə lideri, eyni zamanda taxıl dəhlizinin yenidən fəaliyyətə başlamasının vacib olduğunu qeyd edib.

Leyla Kamil
Leqal.info