Rusiya xarici işlər naziri Sergey Lavrov İran xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanla telefon danışığı aparıb.

Leqal.info xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, danışıqda əsas diqqət Yaxın Şərqdəki vəziyyətə yönəldilib.

Rusiya tərəfi bir daha İsrailin aprelin 1-də İranın Dəməşqdəki konsulluğuna hava hücumunu kəskin şəkildə pislədiyini bildirib.

Tərəflər siyasi və diplomatik əməkdaşlığın, eləcə də qarşılıqlı iqtisadi fəaliyyətin genişlənməsində maraqlı olduqlarını vurğulayıb.

Leqal.info