"Astana Ermənistan və Azərbaycanın sülh müqaviləsi bağlamaq istəyini alqışlayır".

Leqal.info Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu İrəvanda səfərdə olan Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Ermənistanın Baş naziri Nikol Paşinyanla birgə keçirdiyi mətbuat konfransında deyib.

"Qazaxıstan mümkün qədər çox kömək etməyə və danışıqlar üçün platforma təklif etməyə hazırdır. Bizim əsas məqsədimiz dost ölkələrimizi bir-birinə daha da yaxınlaşdırmaq və sarsılmaz dostluq münasibətlərinə, sülhə və sabit inkişafa yol açmaqdır", - deyə Qazaxıstan lideri vurğulayıb.

Elvin Mahmudlu
Leqal.info