Yaponiya İsrailə hücumdan sonra İranı təmkinli olmağa çağırıb.

Leqal.info “Kyodo” ya istinadən xəbər verir ki, Yaponiyanın xarici işlər naziri Yoko Kamikava ötən həftə sonu İsrailə raket və pilotsuz təyyarə hücumundan sonra Yaxın Şərqdə daha bir gərginliyin yaranmasının qarşısını almaq üçün İranı təmkinli olmağa çağırıb.

İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian ilə telefon danışığı zamanı Kamikava, həmçinin Tokionun İranın hücumundan ciddi narahat olduğunu və “bu cür gərginliyi kəskin şəkildə pislədiyini” bildirib.

Leqal.info