Yaponiya fələstinlilərə 65 milyon dollar humanitar yardım ayıracağını bəyan edib.

Leqal.info "Japan Times"ə istinadən xəbər verir ki, bu barədə Yaponiyanın xarici işlər naziri Yoko Kamikava İsrailin xarici işlər naziri Eli Kohen və fələstinli həmkarı Riyad əl-Maliki ilə görüşdən sonra İordaniyada jurnalistlərə açıqlama verən zaman deyib.

Yaponiyalı nazir Kamikava, eyni zamanda onun ölkəsinin müharibədən zərər çəkmiş Qəzzaya maddi yardım etməyi planlaşdırdığını bildirib.

Qeyd edək ki, 65 milyon dollar, ötən ay elan edilən 10 milyon dollarlıq yardıma əlavədir.

Leyla Kamil
Leqal.info