İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan BMT Təhlükəsizlik Şurasının iclasında iştirak etmək üçün Nyu-Yorka səfər edib.

Leqal.info xəbər verir ki, bu barədə İran XİN-in mətbuat xidməti məlumat yayıb.

Abdullahiyanın, eyni zamanda BMT-nin baş katibi, müsəlman ölkələrinin nümayəndələri və bir sıra xarici rəsmilərlə görüşü nəzərdə tutulub.

Təhlükəsizlik Şurasının bu gün keçiriləcək iclasında Yaxın Şərqdəki son hadisələr, eləcə də Qəzzadakı vəziyyət müzakirə olunacaq.

Sessiyada İran və İsrail arasında artan gərginliyə də toxunulacağı gözlənilir.

Elvin Mahmudlu
Leqal.info