İsrail və HAMAS arasındakı Qahirə danışıqları nəticəsiz başa çatıb.

Leqal.info xəbər verir ki, bu barədə “CBS News” telekanalı məıumat yayıb.

Qeyd olunub ki, İsrail Fələstin tərəfinin 6 günlük atəşkəs təklifinə cavab verənə kimi müzakirələrə qatılmayacaq.

Xarici mətbuatın yazdığına əsasən, İsrailin baş naziri Benyamin Netanyahu qarşı tərəfə ultimatum göndərərək, Qəzzada hərbi əməliyyatların 7 gün müddətinə dayandırılması razılaşdırılmasa, TSAXAL ordusu Rəfahda hərbi əməliyyatlara başlayacağını bildirib.

Həmçinin xatırladaq ki, tərəflər HAMAS-ın saxladığı 130 nəfərdən çox girovun azadlığa buraxılması məsələsində də konsensus əldə edə bilməyiblər.

Bundan başqa, Vaşinqton indiyə kimi onların çox az hissəsinin həyatda olduğunun ehtimal edildiyini açıqlayıb.

Leqal.info